Yığmamızın hücumçusunun oğlunun qiyməti 15 milyon avroya çatdı

13 Aprel 2021 21:20 Araşdırma 974
Yığmamızın hücumçusunun oğlunun qiyməti 15 milyon avroya çatdı

Rusiya Premyer Liqasında çıxış edən futbolçuların yeni transfer qiymətləri açıqlanıb.

Sportinfo.az "transfermarkt" nəşrinə istinadən xəbər verir ki, dəyərini ən çox artıran oyunçuların siyahısına "Rubin"in yarımmüdafiəçisi Xviça Kvaratsxeliya başçılıq edir.

20 yaşlı vingerin qiyməti əvvəlki ilə müqayisədə 5 milyon avro artaraq, 15 milyon avroya çatıb. O, bu göstərici ilə ölkə çempionatının ən bahalı futbolçuları arasında ilk "5-liy"ə düşüb.

Siyahının birinci pilləsində 30 milyon avro dəyəri olan MOİK-in hücumameylli yarımmüdafiəçisi Nikola Vlaşiç yer alıb. "Zenit"in vingeri Malkom (24 milyon avro) ikinci, hücumçusu Sərdar Azmun (23 milyon) isə üçüncüdür.

Xviça Azərbaycan millisinin sabiq hücumçusu – «Kəpəz» və «Şəmkir»in də formasını geyinmiş Badri Kvaratsxeliyanın oğludur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"