"Vətən müharibəsində döyüşənlərin 80 faizi idmanla məşğul olanlar idi"

7 Mart 2021 17:00 Araşdırma 1 422
"Vətən müharibəsində döyüşənlərin 80 faizi idmanla məşğul olanlar idi"

"Vətən müharibəsinə qatılanların 80 faizini bədən tərbiyəsi və idmanla məşğul olan sağlam gənclər təşkil edib".

Sportinfo.az xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açıqlama verib.

O bildirib ki, qarşılıqlı rəqabətdə formalaşan gənclər və idmançı hərbçilər 44 günlük müharibə dövründə 30 ilədək bunkerlər və digər hərbi istehkamlar düzəltmiş Ermənistan ordusunu darmadağın ediblər:

"Bu, ölkəmizdə uzun illərdir aparılan uzaqgörən siyasətin, idman siyasətinin nəticəsidir. Hərbçilərimiz arasında Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin, Naxçıvan xüsusi təyinatlılarının idmanda nailiyyətlər göstərən əsgər və zabitləri də var idi".

İ.İsmayılovun fikrincə, nəinki olimpiya, hətta qeyri-olimpiya növlərinə də xüsusi diqqət və qayğının göstərilməsi yeniyetmələrimizin sağlam və fiziki hazırlıqlı böyümələri baxımından xüsusi əhəmiyyət kəsb edib: "Bu da Ordumuz üçün vacib məsələlərdən biridir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"