"Bavariya" Türkiyə millisinin müdafiəçisini istəyir

20 İyul 2021 18:40 Almaniya 748
"Bavariya" Türkiyə millisinin müdafiəçisini istəyir

"Bavariya" heyətini gücləndirmək üçün futbolçu axtarışındadır.

Sportinfo.az xəbər verir ki, bu dəfə Münhen təmsilçisinin maraq dairəsinə Türkiyə millisinin üzvü Mert Müldür düşüb.

"Bavariya" 22 yaşlı müdafiəçinin keçidi üçün onun klubu "Sassuolo" ilə danışıqlar aparacaq.

Mert Müldür Avro-2020-dəki çıxışı ilə də diqqət çəkib. Lakin Türkiyə millisi A qrupunda 0 xalla sonuncu olub. Bu qrupda mübarizə aparan italiya yığması isə yarışın çempionu olmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti