Premyer Liqa təmsilçisi məşhur braziliyalını ərəblərə icarəyə verdi

9 Sentyabr 2023 01:40 İngiltərə 1 046
Premyer Liqa təmsilçisi məşhur braziliyalını ərəblərə icarəyə verdi

"Aston Villa" Filipe Koutinyonu icarəyə verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçini Qətərin "Əl Duhail" klubuna göndərib.

31 yaşlı vinger 2023/2024 mövsümünü icarə əsasında Asiya təmsilçisinin heyətində keçirəcək.

"Aston Villa" Filipe Koutinyonu 2022-ci ilin yanvar ayında "Barselona"dan transfer edib.

Braziliya millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti