"Zirə"nin müdafiəçisi ilə Avropanın hansı klubu ilə maraqlanır?

2 Avqust 2024 11:20 Zirə 2 920
"Zirə"nin müdafiəçisi ilə Avropanın hansı klubu ilə maraqlanır?

"Zirə"nin müdafiəçisi İssa Cibrilla bu mövsüm avrokuboklardakı performansı ilə bir çox klubun diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, paytaxt klubunun müdafiəçisi ilə "Şerif" maraqlanır.

28 yaşlı nigerli Tiraspol klubuna və "DAK Dunayska Streda"ya qarşı görüşdəki performansı ilə Moldova nəhənginin transfer siyahısına düşüb.

Cibrilla 2023-cü il yanvarın 1-də "Zirə" ilə müqavilə imzalayıb. O, həmin vaxtı Türkiyənin “Ankara Keçiörengücü” klubundan “Zirə”yə keçmişdi.

Buna qədər isə Nigerin “Sahel”, Burkina-Fasonun “Rahimo” klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!