Futbolçuların atıb getdiyi komanda SON VƏZİYYƏT - 7-8 nəfərlə meydana çıxacaqlar?

26 Oktyabr 2023 09:00 I Divizion 1 773
Futbolçuların atıb getdiyi komanda SON VƏZİYYƏT - 7-8 nəfərlə meydana çıxacaqlar?

Bu gün I Liqada altıncı tura yekun vurulacaq.

Ötən tur İmişli səfərinə yollanmayan «İrəvan» saat 13:00-da «Şamaxı» ilə qarşılaşmalıdır.

Məlum boykot hadisəsi üzündən AFFA-nın İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət almış Qərbi Azərbaycan təmsilçisi bu gün də meydana çıxmasa, çempionatdan kənarlaşdırılacaq.

Bəs düşərgədə son vəziyyət necədir? Klubdan redaksiyamıza verilən məlumata görə, məşqlər davam etdirilir.

Düzdür, maaşlarının ödənilməməsinə görə etiraza qalxan futbolçuların heç də hamısı çalışmalara qatılmır.

Nazim Süleymavnovun sərəncamında 10-dan artıq oyunçu var. Belaruslu qapıçı Andrey Sinenka, türkiyəli müdafiəçi Adnan Ege, həmçinin 2 ildir futbolsuz qalan Elvin Yunuszadə və gənclər gündəlik hazırlıqlara qatılıb.

Hansılar ki, «İrəvan»ın ikinci komandasının heyətində Region Liqasında iştirakları nəzərdə tutulub.

Dörd aydır əməkhaqqı almayan futbolçulardan bir neçəsinin də bu gün kollektivə qoşulması gözlənilir.

Çünki rəhbərlik onlara borcunun bir hissəsini artıq ödəyib. Qarşıdakı günlərdə borcun qalan hissəsinin də qaytarılacağı rəsmilər tərəfindən vəd edilib.

Amma o da ola bilər ki, komanda meydana meydana yetərsay olmadan çıxsın. Bu da Peşəkar Futbol Liqasından (PFL) asılıdır.

«İrəvan» Region Liqasının iştirak ərizəsinə saldığı 10-dan artıq gənci I Liqada da oynatmaq məqsədilə PFL-ə müraciət edib.

Çempionatın təşkilatçısı olan qurum hələlik onları qeydiyyata almağa tərəddüd eləyir. PFL sonda bu variantın reallaşmasına razılaşmasa, «İrəvan» oyuna 7-8 nəfərlə başlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"