“Qarabağ”a MƏŞHUR JESTİ etmək haqda götür-qoy edir

13 May 2022 20:00 Səbail 1 634
“Qarabağ”a MƏŞHUR JESTİ etmək haqda götür-qoy edir

“Qarabağ” mayın 3-də çempionluğunu rəsmiləşdirdi.

Premyer Liqanın 25-ci turu çərçivəsində “Sabah”la “Azərsun Arena”da baş tutan oyunda 1 xal qazanan ağdamlılar bununda qızıl medalları təmin etdi.

Həmin görüşdən sonra “Zirə” və “Sumqayıt”la üz-üzə gələn “köhlən atlar” rəqiblərini hər iki halda doğma azarkeşləri önündə qəbul edib.

Mayın 15-də isə çempion qismində ilk dəfə səfər görüşünə çıxacaq. Dünya futbolunda bu cür hallar zamanı çempion qonaq komanda üçün çempionluq dəhlizi qurulur.

“Qızıl” qazanmış futbolçular alqış sədaları ilə meydana daxil olur. Bu, Azərbaycanda populyar olmasa da, dünya təcrübəsindən yararlanmaq pis olmaz.

“Səbail”in məlum mövzu ilə bağlı planına aydınlıq gətirmək üçün klubun icraçı direktoru Fərəc Əliyevlə əlaqə saxladıq:

“Açığı, dediyiniz məsələ ilə bağlı müzakirə aparılmayıb. Çünki bu dəqiqə dəhlizi yox, “Qarabağ”a qarşı oyunu düşünürük.

Bəlkə də oyun saatına qədər hansısa qərar qəbul olunar. Bu dəqiqə üçün aktual deyil”.

“ASCO Arena”da baş tutacaq “Səbail” – “Qarabağ” görüşü mayın 15-i, saat 17:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"