"Qarabağ"da "Şah"dan gələn SOS SİQNALI - VİDEO

1 İyul 2022 22:40 Qarabağ 4 381
"Qarabağ"da "Şah"dan gələn SOS SİQNALI - VİDEO

Şahruddin Məhəmmədəliyev zəif qapıçı deyil. Amma güclü də deyil.

O, bunu "Universitatiya Krayova" ilə yoxlama matçında (1:1) bir daha sübüt etmiş oldu.

Bir daha ona görə deyirəm ki, eyni nöqsan daha əvvəl də bir neçə dəfə yaşanıb. "Qarabağ" kimi komandaya isə zəif olmayan yox, konkret güclü qapıçı lazımdır.

Çünki hədəf maksimum 1-2 mərhələ keçmək yox, qruplara qalmaqdır. Burada isə "zəif olmayan qapıçı" yetərli deyil. Elə ötən ilin Konfrans Liqasının qrup mərhələsi də bunu qabarıq göstərmişdi.

"Şah"ın məsuliyyətsizliyi üzündən Bakıda "Omoniya" ilə matçda hansı məsafədən necə qol buraxdığı indiki kimi yaddaşlardadı.

Dünən rumıniyalılarla matçda yaşananlar göstərdi ki, "Şah" elə həmin "Şah"dır. Dəyişən sadəcə zamandı.

Ümumiyyətlə, mənə görə dağıstanlı qapıçı ən yaxşı oyun keçirdiyi gündə belə "hazır bomba"dır. Hər an partlaya bilər. Bu isə bütün mövsüm boyu çəkilən əziyyəti, gözlənilən ümidləri puç etmiş olacaq. Buna nə azarkeşlər hazırdı, nə rəhbərlik, nə də mətbuat.

Dərd ondadır ki, ehtiyat qapçı Luka Quqeşaşvili də həmkarından heç də geri qalmır. Aşağı-yuxarı oxşar səhvlərə meyilli qapıçılardır. Deməli, Çempionlar Liqasına hazırlaşan "Qarabağ" üçün hücum mövqeyi qədər, hətta daha çox qapıçı mövqeyinə yeni transfer mütləq lazımdır.

Avrokubokların startına sayılı günlər qalmış edilmiş bu səhvi "əşşi yoldaşlıq görüşüdü də" kimi qəbul etmək yox, "sos" siqnalı olaraq görmək və tədbirli olmaq mütləqdir. Əks halda sonrakı peşmançılıq fayda vermiş olmayacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti