“Qarabağ“dan AÇIQLAMA: “Bu futbolçunun transferə çıxarılması…“

13 May 2021 11:40 Qarabağ 1 926
“Qarabağ“dan AÇIQLAMA: “Bu futbolçunun transferə çıxarılması…“

“Bu futbolçunun transferə çıxarılması – ya satılması, ya da icarəyə verilməsi gündəmdə yoxdur“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ“ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Klub rəsmisi Kvabena Ovusu ilə bağlı son günlər yayılmış xəbərlərə münasibət bildirib. O, kamerunlu hücumçunun müqavilə müddətinin 2022-ci ilin yayına qədər olmasını xatırladıb:

“Ovusuya görə “Qarabağ“a heç bir rəsmi təklif gəlməyib. Nə İspaniyadan, nə də başqa bir ölkədən. Odur ki, bu məsələ klubumuzda qətiyyən müzakirə olunmur. Bütün diqqətimizi Premyer Liqanın son iki oyununa vermişik“.

24 yaşlı legionerin karyerasının böyük hissəsi məhz İspaniya ilə bağlıdır. Bu ölkədə “Toledo”, “Leqanes”, “Ovyedo”, “Kartagena”, “Salamanka” və “Kordoba”nın formasını geyinib.

O, “Qarabağ”a ötən ilin yanvarında “Leqanes”dən keçib və cari mövsüm Premyer Liqada 6 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti