Azərbaycanın ən varlı və ən kasıb 3 klubu

7 Oktyabr 2020 21:30 Premyerliqa 1 808
Azərbaycanın ən varlı və ən kasıb 3 klubu

Azərbaycan Premyer Liqasında çıxış edən komandaların qiymətləri bəlli olub.

Sportinfo.az "Transfermarkt"a istinadən xəbər verir ki, son ölkə çempionu "Qarabağ" ilk pillədəki yerini qoruyub.

Transfer dönəmi başa çatandan sonra Ağdam təmsilçisinin futbolçularının ümumi qiyməti 11,78 milyon avrodur.

"Neftçi" 8,28 milyon avro ilə ikinci, "Sabah" 7 milyon avro ilə üçüncüdür. Siyahının 4-cü pilləsində "Zirə" (6,50 milyon avro), 5-ci yerdə isə "Keşlə" (5,65 milyon avro) qərarlaşıb.

Növbəti yerlərdə "Qəbələ" (5,03 milyon avro), "Səbail" (4.8 milyon avro) və "Sumqayıt" (4,33 milyon avro) yer alıb.

Çempionatın ümumi dəyəri isə 53,35 milyon avrodur.

Azərbaycan Premyer Liqasında çıxış edən ən dəyərli futbolçu "Qarabağ"da çıxış edən Abdullah Zubirdir - 1.30 milyon avro.

Digər Xəbərlər
Xəbər Lenti