"Qəbələ" və "Zirə" AFFA-dan maliyyə almasaydı, nə olacaqdı?

30 İyul 2020 09:28 Premyerliqa 802
"Qəbələ" və "Zirə" AFFA-dan maliyyə almasaydı, nə olacaqdı?

Adətən, AFFA ya səhər, ya da axşam saatlarınıda rəsmi açıqlama yayır. O da 18:00-dan o yana keçmir çox vaxt.

Bu dəfə istisna oldu. AFFA saat 00:00-ı keçəndən bir xeyli sonra saytında bir paylaşıım etdi.

Bildirildi ki, bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. Saat 14:00-da başlayacaq fövqəladə toplantınıın gündəliyinə bir məsələ daxil edilib.

Bu, “Qəbələ” və “Zirə”nin müraciətinə əsasən, Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən maliyyə yardımının göstərilməsidir.

Niyə belə gec? Və yaxud niyə belə tez? Bunun üçün gecənin bir yarısını gözləmək nəyə lazım idi?

Düşünməyin ki, AFFA buna kimi əlavə maliyyə axtarıb tapmağa çalışıb və nəhayət, tapııb. Məsəl və məsələ Rövnəq Abdullayevlə bağlıdıır. Federasiya prezidentinin son vaxtlar başı rəhbəri olduğu SOCAR-a qarışıb.

Zaman ona çatmır. Sutkanın 24 saatı neft şirkəti ilə məşğuldur. Bəzən gecə səhərə qədər işindədir. Günün günorta çağı onu tapmaq, ümumiyyətlə, müşküldür.

AFFA Abdullayevdən saat 14;00 üçün randevünü çox gec alıb deyə, toplantııı barədə xəbəri xoruz banından bir qədər əvvələ saxlamaq məcburiyyətində qalıb. Əslində, gündəlikdəki məsələ həftələr və günlər öncədən həldir. Hamısı danışılıb və razılaşdırılıb. Rəsmiləşmə - bir budur qalan.

Saytımız buna qədər proseslər barədə oxucularını məlumatlandırıb. Əlimizdəki bilgilərin əksəriyyətini tirajlamışıq. Son olaraq 2 gün əvvəl qeyd etmişik ki, AFFA-nın «Qəbələ»yə etdiyi yardımın məbləği müəyyənləşib.

Federasiya maliyyə çatışmazlığı ilə üzləşən əyalət klubuna 1,5 milyon manat ayırıb. Bu, birbaşa qurumun prezidenti Rövnəq Abdullayevin göstərişi ilə rəsmiləşib. Premyer Liqada çıxış edən yeganə bölgə klubunun fəaliyyətini dayandırmasını istəməyən AFFA rəhbəri bu dəstəyi davam etdirəcək.

«Qəbələ» 1,5 milyon manatı federasiyadan mərhələli şəkildə alacaq. «Qırmızı-qaralar» aylıq xərcləri barədə AFFA-nı məlumatlandıracaq və hər rüb hesabat verəcək. Buna əsasən, SOCAR-ın audit komissiyası istənilən vaxt klubda maliyyə yoxlaması aparmaq səlahiyyətinə yiyələnib.

İyulun 21-də verdiyimiz xəbərdə isə qeyd etmişik ki, «Zirə»nin əvəzedici komandasının fəaliyyətini dayandırması AFFA-da narahatlığa səbəb olub.

Qəsəbə təmsilçiinin əvəzediciləri üzümüzə gələn çempionatda çıxış etməyəcək ki, bunun da səbəbləri müxtəlifdir. Belə ki, «dubl»un bir neçə futbolçusu əsas komandaya cəlb olunub. Digərləri isə Gənclər Liqasında mübarizə aparacaq U-19-a göndərilib.

«Qartallar»ın bu addımı atması həm də I Divizionda oyun «alver»inin kütləvi hal almasıyla əlaqədardır. Ötən mövsüm baş verənlər hələ yaddan çıxmayıb.

AFFA «Ağsu»nu qış fasiləsində çempionatdan kənarlaşdırdı, təqrtbən 50-yə yaxın şəxsini – futbolçu, məşqçi, funksioner, klub əməkdaşını ömürlük futboldan «sildi».

Birinci dəstəyə nəzarət zəif olduğundan, «Zirə» rəhbərliyi klubun imicini AFFA-ya 100 min manat cərimə ödəməkdən üstün tutub. Beləliklə, I Divizion nümayəndələrinin sayı 12-yə enib. «Qəbələ» son 2 ildə aşağı dəstədə çıxış etməkdən boyun qaçırıb.

Vəziyyətin belə hal alması AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovu qayğılandırıb. Federasiyadan əldə etdiyimiz məlumata görə, o, imtinanın səbəblərini öyrənmək məqsədilə «Zirə» rəhbərliyi ilə əlaqə yaradıb.

Qarşı tərəf bildirib ki, koronavirus pandemiyası sponsorların kluba maliyyə dəstəyini zəiflədib, nəticədə cari xərcləri qarşılamaq çətinləşib.

Bu səbəbdən nəinki əvəzedici komandanı, hətta akademiyanın fəaliyyətini təmin etmək və Zirə Olimpiya Kompleksinin stadionunu normal vəziyyətdə saxlamaq böyük problemə dönüb.

E.Məmmədov bu məsələlərdə AFFA-nın «Zirə»yə köməklik göstərəcəyini qeyd edib. Qurum rəhbəri Premyer Liqada mübarizə aparan bütün komandalarla yaxından maraqlandıqlarını və hər işdə onlara yardımçı olmağa çalışdıqlarını söyləyib.

O, «Zirə-2»nin Divizionda iştirakını davam etdirməsini istədiklərini, bununla yanaşı, akademiya və stadionun saxlanılmasına maddi dəstək verə biləcəklərini deyib. Budur, indi istər «Qəbələ», istərsə də «Zirə» AFFA-dan maliyyə alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti