Braziliyalı hücumçu Azərbaycan klubundan təklif aldı

1 Oktyabr 2022 13:20 Premyerliqa 2 026
Braziliyalı hücumçu Azərbaycan klubundan təklif aldı

Braziliyanın "Santa Kruz" klubunda çıxış edən Rafael Furtado karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az "Folhape" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Premyer Liqa təmsilçilərinin birindən təklif alıb.

Lakin hansı klubun braziliyalı hücumçu ilə maraqlandığı açıqlanmayıb.

Rafael Furtadonun "Santa Kruz"la müqaviləsi noyabrda başa çatacaq. Forvard klubun sözləşməni yeniləmək barədə təklifini rədd edib.

Digər Xəbərlər
Xəbər Lenti