"Neftçi"yə kömək etmək üçün bu işi gördülər

14 İyul 2020 10:52 Neftçi 962
"Neftçi"yə kömək etmək üçün bu işi gördülər

«Neftçi»nin əsas komandasının məşqçiləri və bir qrup yerli futbolçusu yeni təşəbbüslə çıxış edib.

Sportinfo.az-ın məlumatına görə, onlar yeni mövsümdən etibarən alacaqlarının müəyyən bir həddədək azaldılmasını təklif eləyib.

Məqsəd klubun büdcəsinə qənaətdir. İdarəçilərdən də onlara qoşulanlar var.

Paytaxt təmsilçisi ötənilki büdcə ilə yoluna davam etmir. Azalma var və bu, hissolunacaq səviyyədədir. SOCAR-dan sonra «ağ-qaralar»ın ən böyük maliyyə dayağı «Türk Hava Yolları» idi, sözügedən şirkət artıq bu dəstəyi dayandırıb. Neft kompaniyası da «kəmərsıxma»ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti