Mamadu Kanenin Bakıya gələcəyi tarix məlum oldu

8 Sentyabr 2021 09:20 Neftçi 701
Mamadu Kanenin Bakıya gələcəyi tarix məlum oldu

Qvineyada baş verən hərbi çevrilişə görə bir neçə gündür ölkəsini tərk edə bilməyən "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kanenin ölkəmizə gələcəyi tarix dəqiqləşib.

Sportinfo.az-ın məlumatına görə, Kanenin ölkəsini tərk edə bilməsi üçün bütün maneələr aradan qaldırılıb. Əcnəbi futbolçu bu gün Bakıda olacaq.

24 yaşlı yarımmüdafiəçi Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununu üçün Afrikaya yollanmışdı.

Sentyabrın 6-da keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb.

Hərbi çevriliş səbəbindən bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.

Müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan Mamadu Kane icarə əsasında "ağ-qaralar"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti