Yunanlar “Neftçi”dən aldığı oyunçu üçün xüsusi təyyarə kirayələdi

7 Sentyabr 2021 20:40 Neftçi 1 740
Yunanlar “Neftçi”dən aldığı oyunçu üçün xüsusi təyyarə kirayələdi

Yunanıstanın "Olimpiakos", İngiltərənin "Liverpul" və Fransanın "Tuluza" klubları Qvineyadakı çevrilişdən sonra futbolçularını Avropaya qaytarmaq üçün birlikdə çalışır.

Sportinfo.az "Airnews.gr" saytına istinadən xəbər verir ki, "Olimpiakos" və "Liverpul" oyunçuların sağ-salamat ölkədən çıxması üçün xüsusi təyyarə kirayələyib.

Müqavilə ilə Afina klubuna məxsus olan və icarə əsasında "Neftçi"də oynayan Mamadu Kane də hərbi çevrilişə görə Qvineyanı tərk edə bilməyib.

24 yaşlı yarımmüdafiəçi Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununa görə Afrikaya yollanıb.

Sentyabrın 6-da keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti