Abasov dostunun sözünü yox, "Neftçi”ni xərcə saldı - TRANSFER MÜƏMMASI

4 Sentyabr 2021 15:00 Neftçi 2 742
Abasov dostunun sözünü yox, "Neftçi”ni xərcə saldı - TRANSFER MÜƏMMASI

“Neftçi” sentabrın 1-də hücumçu transferini rəsmiləşdirdi.

Braziliyalı Ramon Maçado ilə 1 il müddətinə müqavilə bağlandı.

3 0 yaşlı legioner komandanın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.

Samir Abasov onu yaxın dostluq münaisbətində olduğu menecer vasitəsilə “Neftçi”yə gətirib.

Hansı ki, həmin agent canibu amerikalını daha əvvəl Premyer Liqanın digər klublarına təklif edib. Özü də aşağı qiymətə - 60 min dollara.

Elita təmsilçilərinin maraq göstərmədiyi Ramon indi “Neftçi”də daha çox qazanacaq. Arada hardasa 20-40 min dollarlıq fərq var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti