"Neftçi"ni "Olimpiakos"a dəyişən: "Bu, sevgi hekayəsidir, çox xoşuma gəlir"

2 Sentyabr 2021 12:40 Neftçi 1 615
"Neftçi"ni "Olimpiakos"a dəyişən: "Bu, sevgi hekayəsidir, çox xoşuma gəlir"

"Neftçi" ilə Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos"a qarşı oynayanda buranı çox bəyəndim.

İlk matçda komandalarına dəstək olan azarkeşlər çox gözəl atmosfer yaratmışdı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"dən "Olimpiakos"a transfer olan Mamadu Kane Afina təmsilçisinin rəsmi televiziyasına açıqlamasında deyib.

24 yaşlı qvineyalı oyunçu dayaq yarımmüdafiəçisi mövqeyində özünü daha yaxşı hiss etdiyini bildirib:

"Olimpiakos" sevgi hekayəsidir. Bu klubu ilk andan çox sevirdim. Əla klubdur və çox xoşuma gəlir. Xəyalım bu komanda ilə kuboklar və titullar qazanmaqdır.

Artıq bu ailənin üzvüyəm. Komanda yoldaşlarımla birlikdə azarkeşlərimizi qürurlandırmaq və kluba kuboklar qazandırmaq üçün mübarizə aparacağıq".

Klublar arasında razılaşmaya görə, afrikalı oyunçu müvəqqəti olaraq icarə əsasında bakılıların heyətində çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti