"Neftçi"nin yerli hücumçusuna 2 ölkədən təklif gəldi

2 May 2021 19:00 Neftçi 2 284
"Neftçi"nin yerli hücumçusuna 2 ölkədən təklif gəldi

«Neftçi»nin hücumçusu Mirabdulla Abbasov karyerasını ölkə xaricində davam etdirə bilər.

Bakı klubunda əsas heyət üzü olmayan forvarda Ukrayna və Polşadan təklif gəlib.

Düzdür, Samir Abasov onunla vidalaşmaq istəmir və ikinci forvard gözüylə görür, ancaq Abbasovun fikri legioner həyatı yaşamaqdır.

Vaxtilə Latviyada «Dauqavpils»in formasını geyinmiş Mirabdulla indi icarə əsasında da olsa, ölkədən kənara çıxmağı arzulayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti