Qəbələ dağları "Neftçi"nin öz evi kimidir - VİDEOLAR

10 Aprel 2021 14:00 Neftçi 640
Qəbələ dağları "Neftçi"nin öz evi kimidir - VİDEOLAR

Bu gün Azərbaycan Premyer Liqasında IV, sonuncu dövrəyə start verilir.

Sportinfo.az xəbər verir ki, açılış matçı Qəbələdə baş tutacaq.

Ötən turda “Sumqayıt”a məğlub olaraq, liderliyi əldən verən “Neftçi” “Qəbələ”nin qonağı olacaq.

“Ağ-qaralar”ın çempionluq uğrunda mübarizədə büdrəmək haqqı yoxdursa, “Qəbələ”nin 4-cü yerə şansı turdan-tura azalır. Bu matçda yenilən tərəf hədəfindən bir qədər də uzaqlaşacaq.

Qəbələ şəhər stadionundakı oyun iki komanda arasında 56-cı duel olacaq. İndiyədək komandalar 55 dəfə üz-üzə gəlib.

Aktivində 17 qələbə olan “Qəbələ” 13 heç-heçə edib və 25 matçda uduzub. Rəqib qapısından 67 top keçirən “qırmızı-qaralar” 79 qol buraxıb.

Qəbələdəki görüş Premyer Liqa çərçivəsində 51-ci qarşılaşma olacaq. Əvvəlki 50 qarşılaşmada 16 qələbəsi olan komanda 10 dəfə bir xalla kifayətlənib və 24 dəfə uduzub. Rəqib qapısına 60 dəfə yol tapan “qırmızı-qaralar” 73 top buraxıb.

“Qəbələ” “Neftçi” ilə 28-ci dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 27 matçda komanda 8 dəfə qalib gəlib, 5 heç-heçə edib və 14 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 35, qonaqlar 40 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti