“Neftçi”nin legioneri Super Liqa klublarının maraq dairəsində

8 Mart 2021 22:20 Neftçi 1 375
“Neftçi”nin legioneri Super Liqa klublarının maraq dairəsində

“Neftçi”nin legioneri Yusuf Laval karyerasını Türkiyədə davam etdirə bilər.

Yayda “ağ-qaralar”la 2+1 il müddətinə müqavilə bağlayan nigeriyalı hazırda bir sıra Türkiyə klublarının maraq dairəsindədir.

23 yaşlı cinah yarımmüdafiəçisi yerli menecerler tərəfindən Super Liqa təmsilçilərinə təklif olunub. “Yeni Malatyaspor” və “Denizlispor” onunla bağlı incələməyə başlayıb.

İlk klubu "Lions” (Nigeriya) olan gənc futbolçu 2017-2020-ci illər ərzində "Lokeren”in (Belçika) heyətində 22 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti