"Neftçi"də bəxtim gətirib" - Buradan qovulan baş məşqçi

18 Fevral 2021 10:40 Neftçi 669
"Neftçi"də bəxtim gətirib" - Buradan qovulan baş məşqçi

"Möhkəm peşəkar münasibətlər qurduğum insanlar var.

Bunlar mənim tərcüməçim və fitness məşqçimdir. Biz artıq bir-birimizi başa düşürük və ümid edirəm ki, bu, yığma ilə işimə də məhsuldar təsir göstərəcək".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Moldova millisinə yenicə baş məşqçi təyin olunmuş Roberto Bordin "Sputnik Moldova" nəşrinə müsahibəsində deyib.

Bordin 2018 - 2020-ci illərdə "Neftçi"yə başçılıq edib. İtaliyalı mütəxəssis vaxtilə Moldova "Şerif"i və "Neftçi"də birgə çalışdığı insanlara təşəkkür edib:

"Bu, o demək deyil ki, digərlərini xatırlamıram. Hər kəsə minnətdaram. Həm "Şerif"də, həm də "Neftçi"də birlikdə işlədiyim insanlara görə də bəxtim gətirib".

Digər Xəbərlər
Xəbər Lenti