"Neftçi”dən ŞOK XƏBƏR – Abasovun bu transferdən xəbəri olmayıb!

16 Fevral 2021 13:00 Neftçi 2 058
"Neftçi”dən ŞOK XƏBƏR – Abasovun bu transferdən xəbəri olmayıb!

Bilindiyi kimi, "Neftçi” Ahmed Ahmedovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

ÇSKA-ya (Sofiya) məxsus olan 25 yaşlı hücumçu icarə əsasında bakılıların heyətində çıxış edəcək.

Əslən albaniyalı legioner Bolqarıstanda "Çernomorets” (2013-14), "Neftoximik” (2014-15; 18 oyun, 2 qol), "Pomorye” (2015-18; 85 oyun, 25 qol), "Dunav Ruse” (2018-20; 49 oyun, 14 qol) klublarında forma geyinib.

İndi belə demək mümkünsə, “Neftçi” “transfer pəncərəsi”nin son günlərində hücum xəttində yaranan boşluğu forvardı icarəyə götürməklə doldurmağa çalışıb. Lakin…

Bu keçid Samir Abasovun istəyi ilə gerçəkləşməyib. Çalışdırıcının son onadək icarə müqaviləsinin bağlanmasından xəbəri olmayıb.

Ahmedov SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun tələbi ilə komandaya götürülüb. O, kuratoru olduğu klubun baş məşqçisinin yeni hücumçu axtarışları ilə bağlı mətbuata verdiyi açıqlamalardan hiddətlənib.

İsmayılovu ən çox qəzəbləndirən Abasovun «CBC Sport»un efirində «Ceyms Adeniyeni bizə sırımaq istəyirdilər» açıqlamasıdır.

Nefft şirkətinin aparıcı simalarından biri olan Mikayıl bəy «Qəbələ»nin nigeriyalı forvardını bəyənməyən Samir Abasovla bağlı Kamran Qultyevlə söhbət edib.

O, klub prezidentindən baş məşqçiyə təklif olunan bir neçə legioner arasından seçim etməməsinin səbəblərini soruşub. Quliyev Abasovun onların heç birini sərəncamında görmək istəmədiyini bildirib.

İsmayılov bolqarıstanlı tanışlarının Ahmedov barədə ona məlumat verdiyini söyləyib və tapışırb: «Samirə deyin ki, o, artıq bizim futbolçusudur. Onu da istəmirsə, özü istefa verib çıxıb gedə bilər».

Abasov barədə müəyyən fikri olanlar indi iddia edə bilər ki, o, bu işə heç vaxt qol qoymaz, başqasının göstərişi ilə hərəkət etməz, kənar müdaxiliyə imkan verməz.

Bu, yalnız «Sumqayıt»da belə idi. Unutmayaq ki, Abasov «Neftçi»yə hansısa xidmətinin müqabilində dəvət almaayıb. Əvvəl çalışdığı komandalarda da doğru-dürüst nəticə qazanmayıb ki, «Neftçi»də işləməyi haqq etsin.

Samir bəy bura tanışlıq və tapşırıq sayəsində ayaq basıb.

Hələ bundan xeyli öncə «day-daysız» işə düzəlməyin qeyri-mümkünlüyü barədə mətbuata açıqlama verən Abasovun özünə də məlumdur ki, İsmayılova yaxın şəxslər vasitəçilik etməsəydi, «Neftçi»nin sükanı arxasna keçmək arzusu heç vaxt reallaşmayacaqdı.

Bir incə məqamı da var - bu da vaxtdır. «Neftçi» Ahmedovu «Qarabağ»la derbidən əvvəl rənglərinə bağlayıb. Yəni, komandanın «Zirə»yə uduzaraq ölkə kubokunda mübarizəni erkən dayandırdığı bir gündə.

Halbuki Abasovun xahişini İsmayılovdan edənlər bildirmişdi ki, o, kuboku «Neftçi»yə qazandırmaq gücündə olan yeganə yerli mütəxəssisdir.

Gözləntiləri doğrultmayan baş məşqçinin Ahmedovun gətirilməsinə qarşı çıxmağa bundan sonra üzü və sözü necə olsun? Axı bura «Neftçi»dir. Və burada dəvədən böyük filin olması fikri hamı tərəfdən qəbul edilir. Ya da ki, çıxıb getməli idi.

«Neftçi»ni çalışdırmaq üçün sinov gedən məşqçi bildi ki, əyşalarını toplayıb düşərgədən ayrılsa, onu geri qaytaran olmayacaq, ağ-qara qapılar üzünə ömürlük bağlanacaq. Odur ki, geri çəkilib, başının üstündən iş görülməsinə göz yumub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti