Klub rəhbəri qovduğu baş məşqçini qapıdan içəri buraxdırmadı

23 Avqust 2020 19:40 Şamaxı 1 926
Klub rəhbəri qovduğu baş məşqçini qapıdan içəri buraxdırmadı

Tərlan Əhmədov «Keşlə»nin baş məşqçi postundan uzaqlaşdırılandan sonra klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşməyə cəhd göstərib.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, o, bu məqsədlə «ASK Arena»ya təşrif buyurub.

Amma mühafizəçilər onu içəri buraxmayıb. Qapı ağzında saatlarla Axundovun yolunu gözləyən çalışdırıcı sonda kor-peşman geri dönüb.

Düz deyiblər, özü yıxılan ağlamaz. MŞ sədrinin ona bu cür münasibətinin səbəbkarı Əhmədovun özüdür.

Axundov rəhbər şəxs olaraq baş məşqçiyə daim dəstək verib, arxasınja dayanıb, gəl ki, o, bunların heç birini qiymətləndirməyib, hətta Qəbələ toplanışı başa çatandan sonra 2 gün ərzində telefon zənglərinə cavab verməyib.

Günlərlə ortalıqda görünməyən Əhmədov elə düşünməyə başlamışdı ki, əvəzolunmazdır, əl-ayağına düşəcəklər, deyəcəklər, sən kimi çox istəyirsən, qal.

Göründü ki, Axundovu yaxşı tanımayıb, onu başqalarıyla səhv salıb. Zaur bəy elə adamdıır ki, ona bir yaxşılııq etsən, sənə beşqat əvəzini qaytaracaq.

Saymazyanalıq eləsən, yenə də eynisi.

Digər Xəbərlər
Xəbər Lenti