Tanınmış klubun qapıçısında koronavirus aşkarlandı

25 Mart 2020 09:42 İtaliya 608
Tanınmış klubun qapıçısında koronavirus aşkarlandı

“Atalanta”nın qapıçısı Marko Sportiello koronavirus pandemiyasına yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda 27 yaşlı italiyalı qolkiperin koronavirus testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Lakin futbolçunun hazırda özünü yaxşı hiss etdiyi bildirilir.

Sportiello bu mövsüm “Atalanta” formasıyla 4 matça çıxıb. “Atalanta” daha öncə koronavirus pandemiyasına yoluxan 4 əməkdaşının dünyasını dəyişdiyini açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti