“Qarabağ”la oyunda seçilən 3 futbolçu ilə maraqlanır - “Real”

15 Noyabr 2023 01:50 İspaniya 888
“Qarabağ”la oyunda seçilən 3 futbolçu ilə maraqlanır - “Real”

“Bayer 04”ün üç futbolçusu Madrid “Real”ının maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Transfers” məlumat yayıb.

İspaniya klubunun müdafiəçi Ceremi Frimponq, yarımmüdafiəçi Florian Virts və hücumçu Viktor Bonifasla maraqlandığı iddia olunur.

Bu mövsüm Frimponq 16 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Virtsin 17 oyunda 6 qol və 10 məhsuldar ötürməsi var, Bonifas isə 16 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Leverkuzen təmsilçisi Avropa Liqasının H qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Turnir çərçivəsində keçirilən son matçda “köhlən atlar” almanlara uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"