"Mançester Siti”nin verdiyi 85 milyonu rədd etdi - "Atletiko"

24 Sentyabr 2020 13:40 İspaniya 482
"Mançester Siti”nin verdiyi 85 milyonu rədd etdi -

“Atletiko” klubunun prezidenti Enrike Serezo komandanın müdafiəçisi Xose Ximenesi satmayacaqlarını bildirib.

Sportinfo.az xəbər verir ki, o, “Mançester Siti”nin 25 yaşlı oyunçu üçün 85 milyon avroluq təklif etdiyini etiraf edib.

Klub rəhbəri “şəhərlilər”in bu təklifini rədd etdiklərini açıqlayıb. Serezo komandanın futbolçuya ehtiyacı olduğunu da sözlərinə əlavə edib.

Ximenes ötən mövsüm “Atletiko”da 27 oyun keçirib və 1 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti