ÇL matçı öncəsi 2 nəfərdə koronavirus aşkarlandı - “Atletiko”da

10 Avqust 2020 09:42 İspaniya 670
ÇL matçı öncəsi 2 nəfərdə koronavirus aşkarlandı - “Atletiko”da

“Atletiko”da iki nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə Çempionlar Liqasının Portuqaliyadakı final mərhələsinə yollanmazdan öncə verilən testlərdən ikisinin müsbət nəticələndiyi diqqətə çatdırılıb. Yoluxanların adları açıqlanmır. Həmin iki nəfər Lissabona aparılmayıb.

“Atletiko” avqustun 13-də 1/4 finalda Almaniya təmsilçisi “Leypsiq”lə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti