"Qızıl topu Benzema almalıdı" - iddia

17 İyul 2020 15:18 İspaniya 527
"Qızıl topu Benzema almalıdı" - iddia

“Real”ın prezidenti Florentino Peres komandanın hücumçusu Kərim Benzemanın bu mövsümkü çıxışını yüksək qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri “Eurosport”a açıqlamasında fransalı forvardın “Qızıl topa”a layiq olduğunu deyib:

"Bu mövsüm "Real"ın bütün oyunçuları yaxşı idi. Hər kəs çox yaxşı oynadı. Qapıçımız Tibo Kurtua, Serxo Ramos bu uğurun memarlarındandır. Ancaq Benzemanı xüsusi vurğulayardım. Çox əla bir mövsüm keçirir. “Qızıl top”u Benzema almalıdır. Bu mövsüm ondan daha yaxşı oynayan yoxdur”.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm La Liqada 36 oyuna 21 qol vurub, 8 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti