TRANSFER ƏMƏLLİYATLARI - Ən çox zərərə düşən klub

11 Fevral 2020 16:40 İspaniya 855
TRANSFER ƏMƏLLİYATLARI - Ən çox zərərə düşən klub

“CIES Football Observаtor” araşdırma mərkəzi transfer bazarındakı balansla bağlı hesabat yayıb.

Sportinfo.az xəbər verir ki, hesabatda 2019-cu ilin yayından 2020-ci ilin fevralına qədər olan dövr nəzərə alınıb. Bu müddətdə transfer bazarında ən çox “Real” zərər görüb.

“Kral klubu” futbolçuların alınması üçün 330 milyon avro xərcləyib. Satışdan isə cəmisi 149 milyon avro əldə edib. “Real”ın zərəri 181 milyon avro olub.

İngiltərə klubu “Aston Villa” 169 milyon avro zərər edib. “Barselona”nın zərəri isə 166 milyon avro olub.

“Çelsi” isə bu müddətdə ən çox gəlir əldə edən klub olub. “Londonlular futbolçu satışından 250 milyon avro qazanıblar. Yeni oyunçuların alınmasına isə cəmisi 45 milyon avro xərcləyiblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"