Xavi Qvardiolanı artıq unutdurur - “Barselona” da

20 Sentyabr 2022 10:20 İspaniya 770
Xavi Qvardiolanı artıq unutdurur - “Barselona” da

Xavinin rəhbərliyi altında “Barselona” İspaniya La Liqasında yaxşı oyun nümayiş etdirir.

Sportinfo.az xəbər verir ki, kataloniyalılar yalnız 1-ci turun “Rayo Valyekano” ilə oyununda (0:0) fərqlənə bilməyib və növbəti matçlarda ən azı üç qol vurub.

“Barselona” Pep Qvardiolanın komandaya rəhbərlik etdiyi 2010-cu ildən bəri ilk dəfə ardıcıl beş La Liqa oyununda üç qol vurub.

42 yaşlı Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. Onun başçılığı altında komanda bu mövsüm La Liqanın 6 oyununda 16 xal toplayıb və turnir cədvəlində ikinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti