"Vulverhempton"in aparıcı futbolçusu Ruben Neveş karyerasını İspaniyada davam etdirməyə hazırlaşır.
Sportinfo.az xəbər verir ki, "Barselona" portuqaliyalı yarımmüdafiəçinin menecerilə danışığa keçib və onun ilkin razılığını alıb.
25 yaşlı futbolçu Çempionlar Liqasında oynamaq istəyir. Məhz buna görə də Kataloniya klubuna razılıq verib. "Barselona" Serxio Busketsi də Neveşlə əvəzləmək niyyətindədi.
Portuqaliyalı futbolçu 2017-ci ildə “Porto”dan “Vulverhempton”a keçib.