“Barselona” maraqlanır – PSJ 15 milyon istəyir

7 Yanvar 2022 10:00 İspaniya 554
“Barselona” maraqlanır – PSJ 15 milyon istəyir

Yulian Draksler PSJ-ni tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, onun, karyerasını İspaniyada davam etdirmək ehtimalı yaranıb.

Yarımmüdafiəçiyə “Barselona” maraq göstərir.

Paris nəhəngində Drakslerə vacib oyunçusu kimi yanaşılmır. Ona görə də onun satılmasına razıdırlar. PSJ Yulianın satışından 15 milyon avro qazanmaq niyyətindədir.

28 yaşlı alman cari mövsümdə 14 oyun keçirib, 2 qol vurub, 2 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti