"Mən özümü onunla uşaq bağçasındakı kimi hiss edirəm"

19 Oktyabr 2020 15:32 İngiltərə 458
"Mən özümü onunla uşaq bağçasındakı kimi hiss edirəm"

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger “Tottenhem”in çalışdırıcısı Joze Mourinyoya cavab verib.

Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl Mourinyo Vengerin avtobioqrafik kitabında özünün yer almamağına münasibət bildirmişdi.

O demişdi ki, Venger onu heç vaxt məğlub edə bilmədiyi üçün avtobioqrafik kitaba salmayıb. Vengerin cavabı belə olub:

“Mourinyonun nə dediyi məni narahat etmir. O, həmişə təxribata çəkir. Mən özümü onunla uşaq bağçasındakı kimi hiss edirəm.

Bu, Jozenin xarakterinin bir hissəsidir. O, səhv edir. Bizi onu məğlub etmişik. Dəfələrlə bərabərlik də qeydə alınıb.

Özü də ki, sən qalib gəlmirsən. Sən, sadəcə, qələbənin iştirakçısı olursan. Biz qalib gəlirik. Məşqçi onun üçündür ki, komandanın potensialından tam yararlana bilsin”.

Digər Xəbərlər
Xəbər Lenti