Hazırda onun komandadan getməsi ilə bağlı heç bir fikrimiz yoxdur"

24 Oktyabr 2023 10:20 İspaniya 816
Hazırda onun komandadan getməsi ilə bağlı heç bir fikrimiz yoxdur"

“Real”ın baş direktoru Xose Anxel Sançes yarımmüdafiəçi Luka Modriçin qışda klubu tərk edərək, Səudiyyə Ərəbistanından bir komandaya keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi yayılan xəbərləri təkzib edib:

“Səudiyyə Ərəbistanı liqasının nümayəndələri ilə gələn ilin yanvarında Modriçin hansısa kluba transferi ilə bağlı rəsmi danışıqlar aparılmayıb

. Hazırda onun komandadan getməsi ilə bağlı heç bir fikrimiz yoxdur”.

Daha əvvəl 38 yaşlı futbolçu fiziki cəhətdən özünü yaxşı hiss etdiyi üçün “kral klubu”nda daha çox oynamaq istədiyini bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti