Qurban Qurbanov "Beşiktaş"a nə cavab verməlidir? - VİDEO

20 Aprel 14:40 Türkiyə 895
Qurban Qurbanov "Beşiktaş"a nə cavab verməlidir? - VİDEO

«Qurban Qurbanov «Qarabağ»da qalmalıdır, ora getməməlidir».

Bu sözlər «Sportinfo TV»nin aparıcı-eksperti Elçin Cəfərova məxsusdur.

O, «CBC Sport»da efirə gedən «Türkiyədən futbol» verlişində azərbaycanlı mütəxəssisin «Beşiktaş»dan dəvət almasından danışıb.

Tanınmış jurnalist bildirib ki, Fernandu Santosu baş məşqçi postundan göndərən İstanbul nəhəngi Qurbanovun xidmətində maraqlıdır və yaxınlarda tərəflər arasında görüşün keçirilməsi gözlənilir.

Cəfərov qeyd edib ki, «Qarabağ»ın çalışdırıcısı «qara qartallar»ın təklifini geri çevirməlidir.

O, bunu «Beşiktaş»ın baş məşqçi dəyişikliyinə tez-tez əl atması, görəvə gələnlərin heç birinə 5-10 oyundan artıq şans tanımaması ilə əsaslandırıb.

Vurğulayıb ki, «Beşiktaş»a azarkeş təzyiqi güclüdür, klub rəhbərliyi sosial şəbəkələrdə edilən çağırışlarla qərarlar verir, peşəkarlıq dəyərlərinə məhəl qoymur.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!