"Hələ də ondan necə istifadə etmək lazım olduğunu bilmirlər"

1 Oktyabr 2021 10:20 İngiltərə 597
"Hələ də ondan necə istifadə etmək lazım olduğunu bilmirlər"

“İnter” və “Çelsi”nin sabiq baş məşqçisi Antonio Konte Romelu Lukakunun London klubuna dönüşü barədə danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “Çelsi”nin belçikalı forvarddan lazımı kimi istifadə etmədiyini bildirib:

“Oyunun gedişində anlar olur ki, Lukaku daha çox hücumlara qoşulmalıdı. Lukaku rəqib müdafiəçilər üçün ən təhlükəli oyunçudu.

Əgər sizin onun kimi mərkəz hücumçunuz varsa, ondan istifadə etməyi bacarmalısınız. ​Məncə, “Çelsi” hələ ki, ondan necə istifadə etmək lazım olduğunu bilmir.

Əgər onlar bunu dərk etsələr, “Çelsi” bu mövsüm də ÇL-i qazana bilər. Məşqçi futbolçunu güclü edirsə, onu güclü məşqçi adlandırmaq olar.

Məncə, biz Lukaku ilə “İnter”də 2 il ərzində yaxşı işlər gördük. Lukaku xüsusi forvarddı. Cərimə meydançasında çox təhlükəlidi”.

Digər Xəbərlər
Xəbər Lenti