Ermənistanın raket atəşi 16 yaşlı mülki vətəndaşı öldürdü - FOTO

24 Oktyabr 2020 11:55 Hadisə 523
Ermənistanın raket atəşi 16 yaşlı mülki vətəndaşı öldürdü - FOTO

Ermənistanın Tərtər şəhərinə raket hücumu nəticəsində 16 yaşlı Orxan İsmayılzadə həlak olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında məlumat verib.

"Ermənistanın mülki vətəndaşlara xüsusilə uşaqlara qarşı müharibəsi davam edir. Azərbaycanın Tərtər şəhərinə laqeydcəsinə edilən Smerç raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan öz evlərinin bağçasında öldürüldü. Orxan hazırda mövsumi olan xurma yığırdı",-deyə Hikmət Hacıyev qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti