“Ermənistanda Qarabağ artıq dövlət siyasətindən çıxarılıb”

22 Yanvar 2023 13:30 Hadisə 1 916
“Ermənistanda Qarabağ artıq dövlət siyasətindən çıxarılıb”

“Qarabağ Ermənistanın dövlət ideintikliyinin mərkəzi elementi olmaqdan çıxır. Erməni cəmiyyətində “Qarabağsızlaşma” prosesi gedir”.

Bu sözləri NEWS.am-ın “Güc Faktoru” proqramında çıxış edən MQİMO-nun Avroatlantik təhlükəsizlik üzrə İnstitutunun emi əməkdaşı Sergey Markedonov bildirib.

Onun sözlərinə görə, ermənilər bir-biriləri ilə bu məsələnin necə həll olunacağı ilə bağlı mübahisə edirlər: “Bu xətt davam edəcək”-deyə o bildirib.

“Üçüncü Qarabağ müharibəsinə Bakıda ictimai çağırışlar səbəb oldu. Bu Ermənistan-Azərbaycan sərhədində iyulda baş vermiş qarşıdurmadan sonra gücləndi. Hakimiyyətləri cəmiyyətin çağırışları yönəldir. Cəmiyyət isə bəzən məsələnin güc və hərbi yolla həllini tələb edir”-deyə politoloq əlavə edib.

“Hətta Laçın yolu böhranı həll olunsa belə Azərbaycanın bu strateji xətti dəyişməyəcək”-deyə Marekodonov əlavə edib.

Markedonov deyib ki, Rusiyanı nə qədər tənqid olunsa da Kreml münaqişənin hansısa menecmentini təklif edir.

Digər Xəbərlər
Xəbər Lenti