Olimpiya kəndini özbaşına tərk edən idmançılar yarışdan kənarlaşdırıldı

1 Avqust 2021 00:14 Hadisə 510
Olimpiya kəndini özbaşına tərk edən idmançılar yarışdan kənarlaşdırıldı

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi Olimpiya kəndini özbaşına tərk edən idmançıları cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, adları açıqlanmayan şəxslərin akkreditasiyaları ləğv edilib.

Onların Tokionun görməli yerlərini ziyarət etmək üçün Olimpiya kəndindən ayrıldıqları bildirilib. Bu, yarışın startından bəri ilk belə hadisədir.

Təşkilatçılar koronavirus infeksiyasının yayılma təhlükəsi səbəbindən idmançıların hərəkətini qəti şəkildə məhdudlaşdırır, onların Yaponiya sakinləri ilə təmaslarının qarşısını alır.

İdmançılar yalnız xüsusi nəqliyyat vasitələrində yaşadıqları yerlə idman qurğuları arasında hərəkət edirlər.

Digər Xəbərlər
Xəbər Lenti