"Bunu edə bilməsək, mövsümün nəticələri ləğv ediləcək"

29 Mart 2020 13:26 Dünya futbolu 802
"Bunu edə bilməsək, mövsümün nəticələri ləğv ediləcək"

UEFA prezidenti Aleksander Çeferin "La Repubblica"ya açıqlamasında koronavirus pandemiyası səbəbindən dünya futbolunda yaranan fasilə barədə danışıb.

Sportinfo.az xəbər verir ki, sloveniyalı funksioner ilkin hədəflərinin mövsümün başa çatması yönündə olduğunu bildirib:

"Bütün bunların nə vaxt bitəcəyini heç kim bilmir. Bizim A, B və C planlarımız var. Liqa təmsilçiləri və klublarla əlaqə saxlayırıq. İndi sadəcə gözləmək qalır. Mövsüm bərpa edildikdən sonra matçların azarkeşlərlə və ya onlarsız keçiriləcəyini demək çətindi. İstənilən halda turnirləri başa vurmaq daha yaxşı olardı.

May ayının ortalarında, iyunda və ya iyunun sonunda mövsümün yenidən start götürəcəyinə ümid edirik. Bunu edə bilməsək, güman ki, mövsümün nəticələri ləğv ediləcək. Klublar və liqaların rəhbərlikləri ilə birlikdə ən yaxşı həll yolunu tapmağa çalışırıq".

Digər Xəbərlər
Xəbər Lenti