Azərbaycana ayrılan vəsaitin məbləği açıqlandı

11 İyun 2020 21:00 Digər növlər 438
Azərbaycana ayrılan vəsaitin məbləği açıqlandı

Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) nümayəndələrindən təşkil olunmuş İşçi Qrupu koronavirus pandemiyasına görə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı Milli Olimpiya Komitələrinə (MOK) ayrılan maliyyə vəsaitinin məbləğini və verilməsi qaydalarını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, milli komitələrə ümumilikdə 11 650 000 ABŞ dolları həcmində maddi dəstək göstəriləcək.

Bu, idmançıların olimpiadaya hazırlaşması üçün çəkilən xərclərin bir hissəsini qarşılamaq məqsədi daşıyır.

Məbləğ 206 komitə arasında bərabər bölünəcək. Bu isə o deməkdir ki, hər Milli Olimpiya Komitəsi təqribən 56 550 ABŞ dolları məbləğində yardım alacaq.

Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.

Digər Xəbərlər
Xəbər Lenti