Azərbaycanda idmanın bu sahəsi əlavə dəyər vergisindən azad edildi.

2 Yanvar 2020 11:45 Digər növlər 557
Azərbaycanda idmanın bu sahəsi əlavə dəyər vergisindən azad edildi.

Azərbaycanda Formula 1 və Formula 2 yarışları ilə bağlı mal, iş və xidmətlər 2024-cü il yanvarın 1-nə qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Sportinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, Azərbaycanda keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi 2018-ci il yanvarın 1-dən 6 il müddətində ƏDV-dən azad edilib.

Digər Xəbərlər
Xəbər Lenti