Daha bir azərbaycanlı Avropa birinciliyində iki medal qazandı

11 Dekabr 2019 14:42 Digər növlər 574
Daha bir azərbaycanlı Avropa birinciliyində iki medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynova İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyində gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, yaşı 15-ə qədər olan atletlərin yarışında 76 kq çəki dərəcəsində qüvvəsini sınayan yığma üzvü birdən qaldırma hərəkətində 75 kq nəticə ilə 4-cü yeri tutub.

Hüseynova təkanla qaldırmada 97 kq-ın öhdəsindən gəlib və ikinci yeri tutub. O, toplam 172 kq (75+97) nəticə ilə yekun sıralamada 3-cü yerə çıxaraq bürünc medala layiq görülüb.

Daha öncə Nurlan Məmmədzadə Avropa birinciliyində iki medal qazanıb, həmçinin Avropa rekordunu müəyyənləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti