"Qarabağ" Rusiyada 1-ci oldu

29 Noyabr 2020 23:40 Bizimkilər 435
"Qarabağ" Rusiyada 1-ci oldu

Rusiya Federasiyasının Kamçatka diyarında yaşayan millətlərin 2 həftə əvvəl başlayan futbol yarışı başa çatıb.

Sportinfo.az xəbər verir ki, futbol yarışında azərbaycanlılar, ruslar, ukraynalılar, belaruslar, dağıstanlılar, türklər, qırğızlar, özbəklər, qazaxlar və kürdlər mübarizə aparıb.

Yarışda Kamçatkada yaşayan azərbaycanlıların komandası – "Qarabağ" qalib olub. Oyunların keçirilməsi ilə bağlı təklif Kamçatkada yaşayan azərbaycanlıların "Azəri” İctimai Birliyinin sədri Ramazan Hüseynov tərəfindən irəli sürülüb.

Kamçatka Azərbaycan Diasporunun rəhbəri Zahid Bəşirov bildirib ki, Azərbaycanın"Qarabağ” Futbol Klubu ilə də əlaqə yaratmağa çalışacaqlar. (modern.az)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"