Həyat yoldaşı ilə cəbhədə hərbçilərimizə yardım edən Ağalarovlar ailəsi - VİDEO

29 Noyabr 2020 02:34 Bizimkilər 491
Həyat yoldaşı ilə cəbhədə hərbçilərimizə yardım edən Ağalarovlar ailəsi - VİDEO

Həyat yoldaşı neftçi, özü isə stomatoloq...

Sportinfo.az xəbər verir ki, söhbət 37 yaşlı Miryaqub Ağalarovdan gedir.

Onun əsl peşəsi neftçidir. Döyüşlər zamanı stomatoloq işləyən həyat yoldaşı ilə birgə cəbhəyə yollanıb.

Sosial şəbəkələrdə yayılan fotolarda əynində həkim forması olan Miryaqub deyir ki, geyimi ona hospitalda veriblər. Yaralıları daşıdığı üçün üst-başı təmiz olmalı idi.

Özəl klinikaların birində stomatoloq işləyən Sevinc Ağalarova isə 2 körpə balasını anasına tapşıraraq 8 gün ərzində əsgərlərimizə yardım edib. Həmin dövr ərzində gördüklərini, yaşadıqlarını isə ömrünün sonuna kimi unutmayacaq...

Bütün gününü əməliyyatxanada keçirən 34 yaşlı həkimimiz deyir ki, həyat yoldaşı ilə çiyin-çiyinə əllərindən gələni ediblər. Bundan sonra da vətən üçün hər fədakarlığa hazırdırlar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"