Millimizin futbolçusu üçün yeni baş məşqçi - FOTO

24 Oktyabr 2020 01:38 Bizimkilər 618
Millimizin futbolçusu üçün yeni baş məşqçi - FOTO

“Boluspor”da yeni baş məşqçi təyinatı gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi komandanı Reha Kemal Erginer çalışdıracaq.

Mövsümə uğursuz start verdiyi üçün bir neçə gün öncə Ahmet Taşyüreki istefaya göndərən klub rəhbərliyi onu məhz Erginer ilə əvəz etməyə qərar verib.

Araz Abdullayev “Boluspor”a bu yay transfer olunub və TFF 1-ci liqa təmsilçisində cəmi bir oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"