Abbaszadə Cənubi Azərbaycan klubunu xoşbəxt etdi - VİDEO

30 Noyabr 2021 02:20 Bizimkilər 903
Abbaszadə Cənubi Azərbaycan klubunu xoşbəxt etdi - VİDEO

İran çempionatında 6-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Şəhr Xodru” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 1:0.

Yeganə qolu 83-cü dəqiqədə Məhəmməd Abbaszadə vurub. “Traktor” 6 turdan sonra 7 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti