Mahirə xəbərdarlıq etdi: "O, daim qol vurmalıdır, yoxsa…"

20 Noyabr 2021 13:20 Bizimkilər 829
Mahirə xəbərdarlıq etdi: "O, daim qol vurmalıdır, yoxsa…"

"Ümid edirəm ki, Tomaş Pexart "Legiya"ya kömək edə biləcək.

Çünki komandaya standart vəziyyətlər zamanı başla oynamağı bacaran hücumçu lazımdır.

Ola bilsin, çexiyalı forvard zədədən sonra komandanın oyununa çox şey qatacaq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Polşa millisinin sabiq futbolçusu Marek Yuzvyak "Legiya"nın hücum xəttindəki problemlər barədə "Sport Express" nəşrinə müsahibəsində deyib.

Azərbaycan millisinin forvardı Mahir Emrelinin çıxışına da toxunan veteran müdafiəçi onun sabit oyun göstərməli olduğunu bildirib: "O, daim qol vurmalıdır. Yoxsa nəzərə çarpmayacaq".

Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"