Mahir Emreli ümidini itirməyib: “Özümüzü sübut etməliyik”

9 Noyabr 2021 23:20 Bizimkilər 552
Mahir Emreli ümidini itirməyib: “Özümüzü sübut etməliyik”

Polşa çempionatında 14-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.

Millimizin forvardı "Stal"a qarşı keçirilən görüşə start heyətində meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

Hazırda "Legiya" 9 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Uğursuz gedişata baxmayaraq, Mahir növbəti qarşılaşmalarda daha yaxşı oynayacaqlarını vurğulayıb:

"Oyunumuzda müsbət məqamlar var. Məsələn, məşqlərdə etdiklərimizi meydanda həyata keçirməyə çalışırıq.

Özümüzü sübut etməliyik. Günü-gündən daha yaxşı olacağıq. Buna inamımız var".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"