Millimizin sabiq üzvü İspaniyada klub tapa bilmir

10 Sentyabr 2021 14:40 Bizimkilər 642
Millimizin sabiq üzvü İspaniyada klub tapa bilmir

Eddi İsrafilov klub axtarışındadır.

Ötən mövsüm başa çatan kimi Sequndanı tərk edən “Albasete”dən ayrılan yığmamızın sabiq üzvünün klubsuz günləri davam edir.

Futbolçunun agenti həm ölkə daxilində, həm də xaricində müxtəlif klublarla danışıq aparır.

Di gəl, Eddiyə istədiyi təklifi irəli sürən yoxdur. Söhbət təbii ki, həm də maddi durumdan gedir.

Anası azərbaycanlı olan İsrafilov, 2016-2019-cu illər aralığında Azərbaycan millisində 13 oyun keçirib. O, karyerası ərzində yalnız İspaniya klublarının formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"